ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib
10 Avqust 2017
Mətni dəyiş

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.

ABŞ hökuməti Venesuelaya dair sanksiya siyahısını genişləndirərək sənədə ölkənin sabiq prezidenti Uqo Chaves-in qardaşı Adan Chaves daxil olmaqla, 6 Konstitusiya Assambleyasının üzvünün adını daxil edib.

Bundan əlavə siyahıya daha iki nəfər – Milli Qvardiyanın komandiri Umberto Luqo Armas və Venesuela Milli Seçki Şurasının üzvü Tania D’Amelio-nun adları daxil edilib.

Adıçəkilən şəxslərin ABŞ yurisdiksiyasına aid bütün aktivləri dondurulub, Amerika vətəndaşlarına isə onlarla işgüzar əlaqədə olmaq qadağan olunub. İyulun 31-də ABŞ Venesuela prezidenti Nicolas Maduro-ya qarşı da sanksiya tətbiq edib.

Venesuelada prezident Nicolas Maduro-nun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun