ABŞ Senatı ötən gün sentyabradək tətilə yollanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tətilə getməzdən əvvəl Senat məzuniyyət dövründə prezident Donald Trampa təyinatlar etməyə qadağa qoyub.
Məlumata görə, qərar yekdilliklə (100 səs) qəbul edilib. Senat avqust ayı ərzində hər biri bir neçə dəqiqə davam edəcək 9 formal sessiya keçirəcək.
ABŞ prezidentləri bu vaxtadək Konqres tətilində olan zaman dəfələrlə məmur təyinetmə hüququndan yararlanıblar.