ABŞ-ın sanksiyalarının əsas məqsədi Venesuellanı defolt vəziyətinə çatdırmaqdır.
Abzas.net xəbər verir ki, bunu Venesuella prezidenti Nicolas Maduro "Venezolana de Television"-da canlı yayımda çıxış edərkən deyib.
"İlk növbədə, istiqraz, maliyyə resursları və Venesuellanın xarici borc sahiblərinə təsir etməyə çalışırlar və təsir edirlər. Onlar bunu niyə edirlər? ABŞ rəhbərliyi və Venesuella müxalifəti çalışırlar ki ölkədə defolt baş versin", - deyə Maduro bildirib.
Prezidentin sözlərinə görə, Venesuella öz maliyyəsini qorumaq məqsədilə yaxın günlərdə bütün lazımi tədbirləri görəcək.
Bundan əlavə, Maduro bildirib ki, Venesuellaya qarşı sanksiyaları dəstəkləyən, buna çağırış edən yerli siyasətçilər "vətənə xəyanət" ittihamı ilə məhkəmə qarşısına çıxarılmalıdır.
"Mən Ali Məhkəmənin hakimlərindən və Konstitusiya Assambleyasının sədrindən, iqtisadi sanksiyaların tətbiqinə çağırış edən hər kəsə qarşı "vətənə xəyanət" ittihamı ilə tarixi məhkəmə prosesini başlatmalarını xahiş etmişəm" - deyə, Venesuella prezidenti çıxışında bildirib.