ABŞ Putin-in Abxaziyaya səfərini qəbuledilməz hesab edir

ABŞ Putin-in Abxaziyaya səfərini qəbuledilməz hesab edir
10 Avqust 2017
Mətni dəyiş

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putin-in Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib.

Dövlət Departamentinin sözçüsü Heather Nauert Moskvanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb: “ABŞ Rusiya Federasiyası prezidenti Vladimir Putin-in Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi Abxaziyaya səfərini qəbuledilməz və Moskvanın iştirakçısı olduğu Cenevrə beynəlxalq müzakirələrinin prinsiplərinə zidd sayır. ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir və Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasını rədd edir. ABŞ Rusiyanı öz qoşunlarını 2008-ci ildə baş vermiş hərbi fəaliyyətlərdən əvvəlki mövqelərə çəkməyə və Abxaziya ilə Cənubi Osetiyanın tanınması barədə qərarına yenidən baxmağa çağırır”.

V.Putin avqustun 8-də Abxaziyaya səfər edib və separatçı bölgənin başçısı Raul Hacimba ilə görüşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun