ABŞ prezidentindən açıqlama: "Şimali Koreya çox qısa müddətə peşman olacaq"

ABŞ prezidentindən açıqlama: "Şimali Koreya çox qısa müddətə peşman olacaq"
12 Avqust 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp Şimali Koreya mövzusunda yeni açıqlama verib. "Ölkə.Az" xəbər verir ki, Tramp açıqlamasında Şimali Koreyanın ABŞ-ı və müttəfiqlərini təhdid etməyə davam etməsi halında peşman olacağını söyləyib.

ABŞ lideri Nyu Cersinin Bedminster şəhərindəki qolf klubunda keçirdi mətbuat konfransında deyib: "Əgər Şimali Koreya lideri Kim Çen İn yenə də açıq-aşkar hədə-qorxu gəlsə, Quam və ya ABŞ və müttəfiqlərinin torpaqlarındakı hansısa yerə yönəlik bir addım atsa, ən qısa müddətə peşman olacaq".

Tramp bildirib ki, Şimali Koreyanın əməlləri cavabsız qalmayacaq: "Ümid edirəm ki, nə dediyimin ağırlığını tam başa  düşərlər. Nə söylədimsə, onu nəzərdə tutdum".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun