24 avqust Ukraynaya başda müdafiə naziri James Mattis olmaqla ABŞ nüməyəndə heyəti səfər edəcək.
Abzas.net xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.
"ABŞ nümayəndə heyəti 23-24 avqust tarixlərində Ukraynada səfərdə olacaq", - deyə açıqlamada bildirilib.
Ukrayna müdafiə naziri Stepan Poltorak bildirib ki, ABŞ bütün sahələrdə (siyasi, hərbi, iqtisadi) Ukraynanın əsas strateji müttəfiqidir. O, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq miqyasda tanınmasında ABŞ-ın hər tərəfli köməyinin və dəstəyinin həlledici rol oynadığını vurğulayıb.
21 avqustda, prezident Petro Poroshenko Mattis-lə müzakirələrin Ukraynanın müdafiəsinin möhkəmlənməsində fövqaladə əhəmiyyət kəsb edəcəyini bildirib.