ABŞ Federal Təhqiqatlar Bürosunun yeni direktoru Kristopher Ray olub.
BBC-nin məlumatına görə, onun namizədliyini Senat təsdiqləyib.
Kristopher Ray cari ilin may ayında istefaya göndərilən James Comey-i əvəz edib.
Məlumata görə, ABŞ prezidenti Donald Trump iyulun sonunda çoxları üçün gözlənilmədən bu posta namizəd olaraq, Kristopher Ray-in adını açıqlamışdı.
“Vaşinqton Rusiya ilə çox ehtiyatla davranmalıdır”, - Senatdakı dinləmələrdə K.Ray deyib.
Kremlin ötən ilin noyabrında ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxiləsi ilə bağlı sualı isə o, belə cavablandırıb: “Şübhələnməyə əsas yoxdur”.
50 yaşlı Kristopher Ray Nyu-Yorkda doğulub. 1989-cu ildə Yel Universitetini bitirib, 1992-ci ildə isə Yel Hüquq məktəbində hüquq dərəcəsi alıb.