ABŞ-ın Texas ştatında “Xarvi” qasırğasının qurbanlarının sayı artır.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Hyuston şəhərində bir qadın qasırğanın yol açdığı subasmanın qurbanı olub.
Bundan əvvəl “Xarvi” qasırğası Rekportda 1 nəfərin ölümünə səbəb olub. “Los Angeles Times” qəzeti sonradan yanğınsöndürmə xidmətinə istinadən Rekport departamentinin Aranzas dairəsində 3 nəfərin ölməsi barədə xəbər yaysa da, bu, rəsmən təsdiqlənməyib.
“Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.