ABŞ-da Erdoğan-ın 15 mühafizəçisinin işi ilə bağlı məhkəmə başlayacaq

ABŞ-da Erdoğan-ın 15 mühafizəçisinin işi ilə bağlı məhkəmə başlayacaq
30 Avqust 2017
Mətni dəyiş

ABŞ-da prezident Recep Tayyip Erdoğan-ın may ayında Vaşinqtona səfəri zamanı Türkiyə səfirliyinin iqamətgahı qarşısında baş verən dava ilə əlaqədar 19 nəfər haqqında məhkəmə prosesinin başlanmasına qərar verilib.

Böyük münsiflər heyətinin qəbul etdiyi ittihamnamədə adları qeyd edilən şəxslərin 15-i prezident Erdoğan-ın mühafizəçisidir.

Vaşinqton Prokurorluğu işdə adları keçən şəxslərdən 16-na qarşı ittihamların irəli sürüldüyünü, üç mühafizəçinin adının isə yeni əlavə edildiyini bildirib.

Prokurorluqdan verilən məlumata görə 19 müttəhim nifrət cinayətində ittiham olunub. ABŞ qanunlarına əsasən bu cinayətin cəzası 15 ilə qədər həbsdir.

Bəzi müttəhimlər barəsində əlavə ittihamlar da mövcuddur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun