ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib
24 Avqust 2017
Mətni dəyiş

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin “facebook” səhifəsində yer alan açıqlamada deyilir. “Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi “Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, - deyə açıqlamada bildirilir.

“Qarabağ” ötən gün Danimarkanın “Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun