“Abituriyent” jurnalının 8-ci nömrəsi artıq satışdadı

“Abituriyent” jurnalının 8-ci nömrəsi artıq satışdadı
15 Avqust 2017
Mətni dəyiş

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib.

Abzas.net xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.

“Abituriyent” jurnalının 8-ci nömrəsində 2017/2018-ci tәdris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı kitab mağazalarından, eləcə də “Abituriyent” satış köşklərindən əldə etmək olar.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun