16 ABŞ diplomatı xüsusi cihazların vasitəsi ilə “akustik hücuma” məruz qalıb - Kubada

16 ABŞ diplomatı  xüsusi cihazların vasitəsi ilə “akustik hücuma” məruz qalıb - Kubada
25 Avqust 2017
Mətni dəyiş

Kubada baş vermiş insidentlər nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

Dövlət Departamenti hesab edir ki, ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşı xüsusi cihazların vasitəsi ilə “akustik hücuma” məruz qalıb.

“CBS News” telekanalı məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanaraq, ABŞ və Kanadanın bir neçə diplomatına “yüngül kəllə-beyin travması” diaqnozu qoyulduğunu qeyd edib.

İnsidentlərin təfərrüatları açıqlanmır.   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun