Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Almaniya Kansleri Angela Merkeli Türkiyənin düşməni adlandıraraq Almaniyada yaşayan türkləri gələn ay seçkilərində onun və başqa aparıcı partiyaların əleyhinə səs verməyə çağırıb.
İşlənilən ifadələr indiyədək Merkeli və onun rəhbəri olduğu Xristian Demokratları hədəf alan ən sərt ifadələrdir ki, bu da Türkiyə ilə NATO müttəfiqləri və əsas ticarət partnyorları arasında yaranan uçurumun dərinliyinə işarə edir.
Ankara ilə Berlin arasında münasibətlər ötən iə Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdindən sonra həmin ölkədə baş qaldıran siyasi basqıların üzündən gərginləşib. Türkiyədə 50,000 adamın həbsi və 150,000 adamın işdən çıxarılması Avropada kəskin tənqidlərlə qarşılanıb. Tənqidlərə az dözümü olan Ərdoğan isə Almaniyanı anti-türk sentiment sərgiləməkdə günahlandırıb.
“Mən Almaniyadakı bütün həmvətənlərimə üz tuturam: Xristian Demokratlar, SDP və Yaşıl Partiya hamısı Türkiyənin düşmənləridir. O siyasi partiyalara dəstək verin ki, türklərin düşmənləri deyil," deyə o, İstanbulda cümə namazından sonra bəyan edib.
O, Almaniyanın siyasi elitasına dərs verilməli olduğunu vurğulyaraq onları Türkiyəyə hörmətsizlik göstərməkdə ittiham edib.
Türkiyədə iri türk icması mövcuddur. Almanlar 24 sentyarbda Merkelin dördüncü dönəm hakimiyyət uğrunda mübarizə apardığı seçkilərdə səs verəcəklər.
Merkel aydın edib ki, Türkiyə siyasətində əsaslı dəyişiklik baş verməyincə gömrük ittifaqında genişlənmə və Avropa-Türkiyə münasibətlərində dərinləşmə baş verməyəcək.