Əfqanıstanda partlayış nəticəsində 13 nəfər ölüb

Əfqanıstanda partlayış nəticəsində 13 nəfər ölüb
28 Avqust 2017
Mətni dəyiş

Əfqanıstanın cənubunda bazar günü, kamikadze, bomba yerləşdirilmiş avtomobili ilə hərbi konvoya hücüm edib.

Hadisə zamanı ən azı 13 nəfərin öldüyü və bir çox insanın yaralandığı bildirilir.

Bu barədə yerli rəsmilər məlumat verib.

Helmand vilayətinin Nava ərazisində həyata keçirilən hücumun hədəfi hərbi konvoy idi. Qurbanların əksəriyyəti əfqanıstanlı əsgərlər və polis heyəti olub.

Əfqanıstan Talibanı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Son iki ildə, xarici qoşunların əksəriyyətinin ölkədən çıxmasından sonra Taliban, hücumlarının sayının artırmaqla bərabər, ölkənin cənubundan bütün ölkə ərazisi boyu yayılmağa müvəffəq olub. Əfqanıstanın şimalında da hücumlar artıb.

Hökümət qoşunları keçən ay ərazi üzərində nəzarəti Talibandan almasına baxmayaraq, döyüşlər davam edirdi. Taliban hələ də, Pakistan və İranla sərhədlərə malik, ölkənin ən böyük vilayəti olan Helmandda bir neçə əraziyə nəzarət edir.

Bazar günü hücumu keçən həftə vilayət paytaxtı Laşkar Gahda həyata keçirilən itiharçı hücumdan sonraya təsqdüf edir. Həmin hücum zamanı yeddi insan həlak olmuş, 40 nəfər isə xəsarət almışdı.

Bazar günü baş verən başqa bir insidentdə, qərbdə yerləşən Nimroz vilayətində, militantların konvoya hücumu zamanı ərazi polisi rəisi də daxil olmaqla, iki polis zabiti öldürülüb.

Həmin hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun