Venesuela prezidenti Nikolas Maduro bütün beynəlxalq tənqidlərə əhəmiyyət verməyərək elan edib ki, o, üzümüzə gələn bazar günü konstitusiyanın yenidən yazacaq yeni konqres səsverməsini keçirmək planlarından geri çəkilən deyil.
Müxalifət konstitusiya dəyişikliklərinin ölkədəki diktaturanın institutlaşdıracağını deyir.
Maduro öz dəstəkçiləri qarşısında çıxış edərək, ABŞ prezidenti Donald Tramp və Kolumbiya lideri Xuan Manuel Santosun timsalında deyib ki, imperial sağ qüvvələr Venesuelaya əmr verə biləcəyini zənn edirlər. Donald Tramp konstitusiya seçkiləri keçiriləcəyi halda Karakasa qarşı ciddi sanksilar tətbiq edəcəyini deyib.
Yeni konqresə etiraz əlaməti olaraq keçirilmiş qeyri-rəsmi referenduma 7 milyon insanı cəlb etmiş müxalifət çərşənbə və cümə axşamı günləri keçiriləcək 48 saatlıq ümumrespublika tətilləri təşkil edir. Tətillərin məqsədi bazar günü keçiriləcək referendumu boykot etməkdir.
Cənubi Amerika ölkəsi uzun müddətdir ki, iqtisadi böhran içindədir.