“ABŞ Mərkəzi Avropada sülh və təhlükəsizliyin qorunub-saxlanmasında sadiqdir və Rusiyanın pozucu hərəkətlərinə qarşı birgə iş aparır”.
Azadlıq Radiosunun məlumatına görə, bunu ABŞ prezidenti Donaldd Trump iyulun 6-da Varşavaya səfəri zamanı deyib.
Trump Polşa prezidenti Anjey Duda ilə görüşdən sonra bir daha Vaşinqtonun NATO qarşısındakı öhtəliklərini təsdiqləyib:
“Bizim NATO və Polşa ilə güclü ittifaqımız münaqişənin qarşısının alınması və bir daha böyük dövlətlər arasında müharibənin Avropanı dağıtmaması, dünyanın daha təhlükəsiz və yaxşı olmasına təminat üçün çox vacibdir”.
Donald Trump Polşada Mərkəzi və Şərqi Avropa ölkələrinin liderləri ilə görüşəcək, bundan sonra isə televiziya ilə Polşa xalqına müraciət edəcək.
Bu gün Varşavada “3 dəniz təşəbbüsü” adlı sammit keçirilir.
Bu qrup Baltik, Adriatik və Qara dənizə çıxışı olan 10-dan çox ölkəni birləşdirir.
Onu da qeyd edək ki, Trump-ın Varşavaya səfəri zamanı Polşaya ABŞ istehsalı olan “Patriot” hava hücumlarından müdafiə sistemləri verilməsi barədə sənəd imzalanıb.
Polşanın müdafiə naziri Antoni Macerevic deyib ki, artıq 2022-ci ildən sistemin alınmasına başlanacaq və bu kompleks “istənilən düşmənin” qarşısında Polşanın təhlükəsizliyini təmin edəcək, Rusiyanın “İsgəndər” sisteminə qarşı effektli bir sistem olacaq.
Mecerevic həmçinin deyib ki, Polşa bu yaxınlarda ABŞ-ın “Lockheed Martin” konsernindən uzaq məsafəli “Homar” raket sistemi almaq qərarına gəlib.
ABŞ-ın müdafiə nazirliyi iyunda Polşanın Redzikovo qəsəbəsindəki “Aegis Ashore” hava hücumlarından müdafiə sistemininin təkmilləşdiriləcəyini bəyan edib.
Bu baza Rusiyanın Kalininqrad vilayətinin 250 kilometrliyində yerləşir.
ABŞ prezidenti Donald Trump “Böyük 20-lər ölkələri” ninin sammitinə qatılmaq üçün günün sonununda Varşavadan Almaniyanın Hamburq şəhərinə yollanacaq.
İyulun 7-də onun sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.