Ağ Ev transgender şəxslərin orduda xidmətinə qoyulan qadağanın necə tətbiq olunacağına dair qərar verməyib, administrasiya bildirir.
Çərşənbə günü bu barədə ABŞ prezidenti Twitter vasitəsilə elan edib.
"Birləşmiş Ştatların hökuməti transgender şəxslərin ABŞ hərbiyyəsinə qəbul olunmasına və ya hər hansı qismdə xidmətinə izn verməyəcək", - Donald Trump tvit edib.
"Bizim hərbiyyəmiz öz diqqətini qətiyyətli və inandırıcı qələbədə cəmləşdirməlidir və transgenderlərin səbəb olacaq nəhəng tibbi məsrəflər yükü ilə və aramsızlığın pozulmasını qəbul etməməlidir", onun başqa tvitində deyilir.
Qadağanın artıq xidmət edən transgender hərbçilərə fəsadları barədə məlumat verilmir.
ABŞ administrasiyasının sözçüsü Sarah Huckabee Sanders deyib ki, mövzu ilə bağlı yekun qərar Pentaqonla məsləhətləşmələrdən sonra veriləcək.
ABŞ hərbiyyəsində gey və lezbiyanların xidmətinə qoyulan qadağa 2011-ci ildə ləğv edilib.
2014-cü ildə isə qadağının qaldırılmasını transgenderlər icması tələb edib.