ABŞ prezidenti Donald Trump-ın, Rusiyanın ABŞ-dakı seçkiyə müdaxiləsi məsələsi ilə bağlı vəkillərə çərkdiyi xərclər sürətlə artır.
Bu barədə iyulun 15-də USA Today qəzeti Federal seçki komisiyasına istinadla məlumat yayıb.
Trump prezidentliyinin ilk 3 ayı ərzində hüquqi xidmətlərə görə 249 min dollar xərcləyibsə, apreldən iyunadək vəkilləri tərəfindən verilən hesab qəbzləri 677 min dolları keçib.
Təkcə prezidentin böyük oğlu tərəfindən tutulan nyu-yorklu vəkil Alan Futerfasa iyunun 27-də 50 min dollar ödənilib.
Oğul Trump ötən il seçkiqabağı kampaniyaların qızğın dövründə, ABŞ prezidentliyinə digər namizəd Hillary Clinton barədə komramat vəd edən rusiyalı hüquqşunas Natalya Veselnitskaya ilə görüşdüyünə görə indi qalmaqalla üzləşib.
Mənbənin yazdığına görə vəkil Futerfasa pul köçürməsi, The New York Times qəzetinn oğul Trump-la Veselnitskayanın görüşü barədə məlumat yaymasından əvvəl olub, yəni təxminən Futerfasın oğul Trump-ın hüquqlarını qoruyacağı barədə məlumatdan 2 həftə qabaq.
Vəkillərə bu xərclər prezidentin seçki qərərgahının 2020-ci il seçkiləri üçün topladığı vəsaitdən ödənilir.
USA Today-ın məlumatına görə, hazırda gələcək kampaniya üçün azı 12 milyon dollar toplanıb.