Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.
Hadisə şəhərin 76-cı məhəlləsində baş verib.
Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Sumqayıt şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
Onlardan ikisinin vəziyyəti ağırdır.