Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
10 İyul 2017
Mətni dəyiş
İyulun 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir  güclənəcək. Abzas.net xəbər verir ki, bu barədə ETSN məlumat verib. Havanın temperaturunun gecə 20-24° isti, gündüz  28-32° isti, Bakıda gecə  21-23° isti, gündüz  29-31° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 % , gündüz  60-65%  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz  30-35°, dağlarda gecə 10-15° isti, gündüz  18-23° isti olacağı gözlənilir. Iyulun 11-dən 13-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə  dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun