Rusiyanın keçmiş mətbuat naziri və “Qazprom-Media”nın keçmiş rəhbəri Mixail Lesinin öldürüldüyü bəlli olub. Bu barədə ABŞ-ın BuzzFeed nəşri məlumat yayıb.
Xəbərə görə, ABŞ nəşrinin FTB-dəkı mənbəyi bu barədə bildirib. Onun sözlərinə görə, Lesin ölənə qədər döyülüb.
2016-cı ilin yanvar ayında FTB-nun keçmiş agenti Con Uaytsayd Lesinin zorakılıq nəticəsində öldüyünün mümkünlüyündən danışmışdı.
“Lesin döyə-döyə öldürülüb. Deyəsən kimsə bu faktı gizlətməyə çalışır. Onu deyə bilərəm ki, FTB-da heç kim onun içib yıxlıb öldüyünə inanmır. Hamı düşünür ki, onu döyüblər və bunun arxasında Putin, yaxud Kreml dayanır”, – deyə mənbə bildirib.
Lesinin meyiti 2015-ci ilin noyabrın 5-də Vaşınqtonda oteldə tapılıb. Polis onun başındakı küt zərbələrdən öldüyünü açıqlayıb.
Ötən ilin oktyanr ayında ABŞ hüquq-mühafizə orqanları Lesinin ölüm işinin araşdırılmasını başa çatdırıb.