Bəhreynin xarici işlər naziri Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlarıyla keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qətərlə danışıqlara hazır olduqlarını söyləyib.
Bu dörd ölkə Qətəri "terroru dəstəkləməkdə" ittiham edərək 5 iyundan bu ölkə ilə əlaqələri dondurmuşdu.
Xarici işlər naziri şeyx Xalid ibn Əhməd əl-Halifa Bəhreynin paytaxtı Manamada keçirilən görüşdən sonra verdiyi açıqlamada 13 maddədən ibarət tələb siyahısını da xatırladıb.
"Qətər 13 tələbə qarşılıq verməlidir"
Əl-Halife "Qətər terorra maddi dəstəyini dayandırmaq istiqamətində səmimi istəyini açıqlayarsa, digər ölkələrin xarici işlərinə müdaxilə etməyəcəyinə dair söz verərsə dörd ölkə Qətərlə dialoqa hazırdır. Qətər həmçinin irəli sürülən 13 tələbə də qarşılıq verməlidir " deyib.