Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.
"GeoTV"-nin məlumatına görə, bunu polis idarəsindən bildiriblər.
Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.
Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib.
Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var.