Özbəkistanın eks-prezidentinin qızı Gülnarə Kərimova həbs olunub

Özbəkistanın eks-prezidentinin qızı Gülnarə Kərimova həbs olunub
28 İyul 2017
Mətni dəyiş

Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova hal-hazırda həbsdədir.

Abzas.net xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat verib.

Baş Prokurorluğun açıqlamasında bildirilir ki, 2013-cü ildə başlayan istintaq nəticəsində “dövlət əmlakının mənimsənməsi, təhdid yolu ilə pul tələb edilməsi” maddələri ilə ittiham olunan Kərimova 2015-ci ilin avqustunda Daşkənd məhkəməsi tərəfindən günahkar hesab edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun