Nigeriyada "Boko Haram"-ın hücumu nəticəsində 50 nəfərdən çox insan həyatını itirib

Nigeriyada "Boko Haram"-ın hücumu nəticəsində 50 nəfərdən çox insan həyatını itirib
28 İyul 2017
Mətni dəyiş

Nigeriyada "Boko Haram" terror təşkilatının hücumu nəticəsində 50 nəfərdən çox insan həyatını itirib.

Abzas.net xəbər verir ki, bu barədə tibb işçilərinə istinadən AFP agentliyi məlumat verib.

Nigeriyada "Boko Haram" terror qruplaşmasının Nigeriya milli neft korporasiyası üçün neft kəşfiyyatı ilə məşğul olan geoloqlara hücumu nəticəsində 50-dən çox insan ölüb.

"Ölənlərin sayı artır. Artıq 50-dən çox ölü var və meyidlər gəlməkdə davam edir" - deyə, AFP mənbədən sitat gətirir.

Bu, "Boko Haram"-ın neft korporasiyasının əməkdaşlarına olan ilk hücumu deyil. Bir müddət əvvəl, ölkənin şimal-şərqində Mayduquri universitetinin onlarla geoloqu oğurlanmışdı. Lakin sonrdan hərbçilər onları azad etməyə müvəffəq olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun