Neft Daşlarında intihar hadisəsi qeydə alınıb. Bu barədə SOCAR rəsmi məlumat yayıb.
Abzas.net xəbər verir ki, iyulun 9-da təqribən səhər saat 8:15 radələrində 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb.
Məmməd Vəliyev Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) vəzifəsində işləyirdi.
Rəis elə yerindəcə vəfat edib. Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma aparılır.