Müəllim olmaq üçün 50 minə yaxın insan qeydiyyatdan keçib

Müəllim olmaq üçün 50 minə yaxın insan qeydiyyatdan keçib
17 İyul 2017
Mətni dəyiş

Azərbaycanda müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, iyulun 1-dən 14-dək nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı aparılıb: “Müəllim olmaq üçün miq.edu.az saytında qeydiyyatdan keçənlərin sayı 50 min nəfərə yaxındır”.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun