Mosul döyüşü: İraqın baş naziri Mosulda İD üzrə qələbəni qeyd edib

Mosul döyüşü: İraqın baş naziri Mosulda İD üzrə qələbəni qeyd edib
10 İyul 2017
Mətni dəyiş

İraqın Baş naziri Heydər əl-Abadi Mosula gələrək İraq hərbi qüvvələrini özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə uzun döyüşdən sonra qazandığı qələbəyə görə təbrik edib.

Baş naziriliyinin şənbə günü dərc etdiyi bəyanatda, cənab əl-Abadinin Mosula səfərinin məqsədinin şəhərin azadlığını və İraq qüvvələrinin qələbəsini bəyan etmək olduğu deyilir.

ABŞ hava zərbələrinin dəstəyi ilə İraq qüvvələri keçən il, oktaybrın 17-si şəhər uğrunda döyüşə başlayıblar.

İD Mosulu 2014-cü ilin iyun ayında işğal etdikdən sonra İraqın sünni bölgələrinin əksər qismini ələ keçirib.

Bundan sonra Suriya və İraqda nəzarəti altında olan ərazidə xilafət bəyan edən İD son 9 ay ərzində ərazisinin böyük hissələrini itirib.

İD-a qarşı döyüşdə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi qüvvələri və məsləhətçilərinin dəstəyi ilə kürd peşmərgə döyüşçüləri, sünni ərəb tayfalarının nümayəndələri və şiə silahlıları iştirak edir.

Şənbə günü, yalnız Mosulun qədim şəhərinin kiçik bir hissəsi İD cihadçılarının nəzarətində qalmışdı.

[caption id="attachment_40145" align="aligncenter" width="937"] İraq federal polisi Mosulun qədim şəhərində qələbələrini qeyd edirlər (8 iyul 2017)[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun