ABŞ-ın Missisipi ştatında hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Abzas.net xəbər verir ki, Amerikanın "Lockheed Martin" korporasiyasının istehsalı olan C-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Hadisə Sanflauer və Leflor qəsəbələrinin sərhədində baş verib. C-130 yerə dəyərək yanmağa başlayıb.
Əvvəl 6 nəfərin həlak olduğu bildirilsə də, hal-hazırda ölənlərin sayının 16 nəfərə çatdığı bildirilir.