Misirdə baş prokuroru öldürməkdə ittiham olunan 28 nəfər edam cəzasına məhkum edilib

Misirdə baş prokuroru öldürməkdə ittiham olunan 28 nəfər edam cəzasına məhkum edilib
22 İyul 2017
Mətni dəyiş

Misirdə baş prokuroru öldürməkdə ittiham olunan 28 nəfər edam cəzasına məhkum edilib.

Abzas.net xəbər verir ki, Misirin baş prokuroru Hişəm Bərəkət-i öldürməkdə ittiham olunan 28 nəfər edam cəzasına məhkum edilib.

Bu iş üzrə ümumilikdə 67 nəfər istintaq altında idi. Onların əksəriyyəti "Müsəlman Qardaşları" təşkilatının üzvləridi. İstintaq altında olan 67 nəfərdən 16-sı ölkədən qaçıb.

Hişəm Bərəkət 2015-ci ildə öldürülüb. Onu öldərməkdə təqsirli bilinənlərdən 28 nəfər asılma yolu ilə edam cəzasına məhkum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun