4 İyul 2017
Mətni dəyiş
Mali yığmasının və Almaniyanın “Verder” klubunun futbolçusu Sambu Yatabare Fransada polisə hücum etdiyi üçün həbs olunub.
“Report”un “L'Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, insident ötən bazar günü Parisdəki hava limanının dayanacağında baş verib. Polis 28 yaşlı yarımmüdafiəçini saxladıqdan sonra onların arasında mübahisə düşüb. Nəticədə futbolçu asayiş keşikçisinin gözünə zərbə endirib.
Qeyd edək ki, Sambu Yatabare həm də Fransa vətəndaşıdır. O, “Kan”, “Bastiya”, “Genqam” və “Monako” komandalarında çıxış edib.