Əfqanıstanın paytaxtı Kabildə kamikadze özünü partladıb.
İntiharçı minik maşınına qoyulmuş bombanı partladıb.
Daxili İşlər Nazirliyinin sözçüsü bildirir ki, azı 24 nəfər ölüb, 42 nəfər yaralanıb. Najib Danish bunu «France-Presse» agentliyinə deyib.
Partlayışı törədənin də həlak olduğu xəbər verilir.
Kabil polisi partlayışın şəhərin qərb hissəsində baş verdiyini bildirir.
Hücuma görə məsuliyyəti Əfqanıstan «Taliban»ı götürüb. «Taliban» bəyanatında bildirib ki, hücum ölkənin xəfiyyə agentliyi olan Milli Təhlükəsizlik Direktorluğuna (NDS) məxsus iki avtobusu hədəfə alıb. Silahlı qruplaşma 37 əməkdaşı öldürüldüyünü iddia edib.
Kabil xəstəxanalarının direktoru Salim Rasuli azı 13 ölü və 17 yaralının indiyədək xəstəxanalara aparıldığını bildirib.