İstanbula yağan son 32 ilin ən şiddətli yağışı küçələri su altında qoyub

İstanbula yağan son 32 ilin ən şiddətli yağışı küçələri su altında qoyub
18 İyul 2017
Mətni dəyiş

İyulun 18-də İstanbula yağan şiddətli yağış əksər küçələri su altında qoyub.

Yerli mətbuatın məlumatına görə, hazırda davam edən yağış son 32 ilin ən şiddətli yağışıdır.

Günün ilk yarısında İstanbula hər kvadrat metrə 60 kiloqram yağış düşüb.

İstanbul Böyükşəhər Bələdiyyə Başkanı Kadir Topbaş açıqlamasında bildirib ki, günün ikinci yarısı yağış daha da güclənəcək. Fırtınanın olacağı gözlənir.

Yağış İstanbulda avtomobillərin hərəkətini çətinləşdirib, yollarda tıxaclar yaranıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun