Maliyyə cinayətləri ittihamı ilə həbs olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun zaminə buraxılıb.
İran KİV-nin məlumatına görə, onun zaminə buraxılması üçün əvvəlcə 500 milyard rial (13,3 milyon dollar) tələb olunub.
Lakin son nəticədə məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaltmağa razılaşıb.
İran prezidentinin qardaşı iyulun 16-da həbs olunmuşdu.
H.Firidun 2015-ci ildə ölkənin nüvə proqramı üzrə danışıqlarda İran prezidentinin xüsusi elçisi olub.