“Dəfələrlə sizin qapılarınıza gəlmişəm, məni heç kim qəbul etmir cənab prezident. Əlim heç yerə çatmır, ümidim təkcə sizə qalıb”
Abzas.net xəbər verir ki, oğlunun şərlənildiyini iddia edən Fəlahət Məmmədova Azərbaycan Prezidenti İlham Əliyevə videmüraciət edib. O, oğlunun işinin bilərəkdən düzgün araşdırılmadığını, şərləndiyini bildirib.
“Möhtərəm prezidentimiz İlham Əliyev cənabları, sizə müraciət etməkdə məqsədim oğluma görədir. Xahiş edirəm ki, mənim bir ana kimi müraciətimi qəbul edəsiniz. Döymədiyim qapı qalmayıb cənab prezident, hər yerə məktub, teleqrama vurmuşam".
"Müstəntiq aldığı rüşvətə görə bu işi elə fırladıb"Valideyn deyib ki, heç kim onun problemi ilə maraqlanmır, heç kim bu işə baxmır. Oğlu Məmmədov İsmayıl Firudin oğlunu saxta quldurluq maddəsi ilə ittiham edib 9 il yarım azadlıqdan məhrum ediblər.
"Oğlum ancaq bara gedib, kimiləsə dalaşıb. Şahidlər də var ki, cibindən düşən telefonu, pulu aparıb mühafizəçilərə verib. Hətta özünə aid olan sənədi verib, yaşayış yerin də göstərib. Hansı bir quldur bunu edər, cənab prezident?", - deyə F.Məmmədova bildirib.
Ana iddia edir ki, müstəntiq aldığı rüşvətə görə bu işi elə "fırladıb", güya onun oğlu quldurluq edib. 4 gün sonra da onun bir dostunu tapıb gətirib ki, güya onunla bir yerdə qruppavoy törədiblər bu hadisəni:
[caption id="attachment_39633" align="aligncenter" width="1024"] Məmmədov İsmayıl[/caption]"Xahiş edirəm cənab prezident, yalvarıram sizə, dönə-dönə xahiş edirəm, hər dəfə sizin qapılarınıza getmişəm, yenə gedəcəm. Taqətim qalmayıb daha, tək ümidim sizə qalıb. Mənə kömək edin, cənab prezident".
"Müstəntiq dedi ki, bu işi heç 25 min manata da həll etmək olmaz"F.Məmmədova deyir ki, iddia etmir onun oğlum günahsızdır, dalaşıblar, verin cəzasını. Amma oğlu quldurluq etməyib. Nəyə əsasən ona o ittihamı veriblər? Gətirsin müstəntiq sübutları qoysun ortaya.
"Daha sonra, mən müstəntiqin yanına xahişə getdim. Müstəntiq Kazımov İsməli mənə dedi ki, bir yaxın adam tap gəl. Mən də dedim ki, nəyə gücüm çatır, verərəm. O da mənə cavab verdi ki, bu işi heç 25 min manata da həll etmək olmaz. Mənim 25 minim olmadığına görə, mənim oğluma quldurluq maddəsi verdi".
Valideyn prezident İlham Əliyevə müraciət edir ki, onun bu problemi həll edilsin. Bildirir ki, daha onun prezidentdən başqa əli çatan yeri qalmayıb:
"Hökumətimiz sizin əlinizdədir, hamımız sizə inanırıq. Ona görə sizdən xahiş edirəm ki, bu işə bir baxasınız. Ulu öndərimizin bir sözü vardı, əgər günahsız həbsdə yatırsa, günahkar çöldə gəzirsə, bizim dövlətimizdən dövlət olmayacaq".
F. Məmmədova bildirir ki, özü xəstə, yoldaşı xəstədir. Övladları işləyib ailəyə baxırdı. İndi ailə ehtiyac içində qalıb.
"Haqqımı istəyirəm""Yenə qapınıza gələcəm. Əvvəllərdə çox gəlmişəm. Əli Novruzovun, Habil müəllimin qəbulunda olmuşam, Fuad Ələsgərova məktub yazmışam. Heç kim mənə kömək etmir. Bircə ümidim sizə qalıb, cənab prezident".
Ana deyir ki, haqqını istəyir. Onun balası günahsız ola-ola 9 il həbsxanada yatmamalıdır. Qanun hamı üçün qanundur. Övladının nə günahı varsa, ona uyğun addım atılsın. Amma quldurluq işi onun üstündən götürülsün.
"Neçə dəfə məhkəmələrdə şahidi olmuşam ki, biraz imkanı olanlara az cəza verirlər, amma kimin imkanı yoxdur, kasıbdır 7-8 il iş verirlər. Mənim oğlum niyə illərlər orda günahsız yatmalıdır, cənab prezident? Xahiş edirəm, cənab prezident, mənə kömək edin” – deyə şərlənərək həbs olunduğu iddia edilən İsmayıl Məmmədovun anası Fəlahət Məmmədova bildirib.
[embed]https://youtu.be/VZpA_zK122I[/embed]