Hindistanın yeni seçilən prezidenti Ram Natx Kovind iyulun 25-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, artıq keçmiş prezident Pranab Kumar Mukerci ilə birlikdə Nyu-Dehlidəki prezident sarayına gedib.
Seçki iyulun 17-də keçirilib. Hindistanda prezident mərkəzi və regional deputatlardan formalaşan Seçicilər Kollegiyası tərəfindən seçilir. Ram Natx Kovind kollegiya üzvlərinin 65,65 faizinin səsini toplayıb. Onun namizədliyi Hindistan Milli Demokratik Alyansı tərəfindən irəli sürülüb.
Ram Natx Kovind 1945-ci il oktyabrın 1-də Hindistanın Uttar-Pradeş ştatında toxunulmazlar ("dalitlər") kastasında fermer ailəsində anadan olub.