Xarici işlər naziri
Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.
XİN-in mətbuat xidmətindən
APA-ya vrilən məlumata görə, görüşdə səfir Mekan İşanquliyev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. M. İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar uğurlar arzulayıb.