5 İyul 2017
Mətni dəyiş
Çinin Tszilin vilayətinin Sunyuan şəhərində qaz kəməri partlayıb.
"Ölkə.Az" xəbər verir ki, partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 89 nəfər isə xəsarət alıb. Onlardan 14-nün vəziyyəti ağırdır.
İnsidentin səbəbi yol təmir işləri zamanı baş verən qaz sızmasıdır. Hazırda xilasedicilər və mühəndis xidməti əməkdaşları partlayışın fəsadlarını aradan qaldırırlar.
Qeyd edək ki, ötən ilin oktyabr ayında da çoxmərtəbəli yaşayış binasında partlayış olmuşdu.