Çində baş verən daşqınlar nəticəsində 33 nəfər ölüb, 15 nəfər itkin düşüb

Çində baş verən daşqınlar nəticəsində 33 nəfər ölüb, 15 nəfər itkin düşüb
4 İyul 2017
Mətni dəyiş
Çinin cənub əyalətlərində baş verən daşqınlar nəticəsində 33 nəfər ölüb, 15 sakin isə itkin düşmüş sayılır. "RİA Novosti"-nin məlumatına görə, iyulun 2-dən başlayan leysan ölkənin bir neçə əyalətinin əhatə edərək, 9,3 milyon insanın həyatına zərər vurub. İnformasiyaya əsasən, Anxoy, Tszyansi, Xubey, Xunan, Sıçuan, Quyçjou əyalətləri və Quansi-Çjuan muxtar bölgəsindən yüz minlərlə sakin təxliyə edilib. Təbii fəaləkət nəticəsində Çin iqtisadiyyatına 2,65 milyard dollar (18 milyard yuan) məbləğində ziyan dəyib. 19 mindən çox bina dağılıb, daha 189 min binaya, kənd təsərrüfatının 668,2 milyon hektarlıq əkin sahəsinə zərər dəyib. Meteoroloqlar bildirib ki, Sıçuan və Xunan da daxil olmaqla bir sıra əyalətlərdə yağışlı hava iyulun 9-dək davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun