Amerika mətbuatının verdiyi məlumata görə, Bill Geyts artıq dünyanın ən zəngin adamı deyil və bu titula indi Amazon şirkətinin icraçı direktoru Ceff Bezos malikdir.
"Forbes" jurnalının məlumatına əsasən, Amazon şirkətinin təsisçisinin varidatı 90,6 milyard dollar təşkil edir. Microsoft şirkətinin sahibi Bill Geytsin varidatı isə 90 milyard dollar kimi göstərilir.
Ekspertlərin fikrincə, bazar göstəricilərinin dəyişməsi bu nisbətdə dəyişikliklə nəticələnə bilər.
Bezosun varidatının artmasına son illər Amazon şirkətinin aAksiyalarının 40 faiz yüksəlməsi səbəb olub.