Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub

Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub
7 İyul 2017
Mətni dəyiş
BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Global Cybersecurity Index" hesabatını dərc edib. BTİ-nin məlumatına görə, hesabatda dünyada kibertəhlükəsizlik səviyyəsi barədə son məlumatlar təqdim edilib. Sənədə əsasən, bütün ölkələrin yalnız 38%-də haker hücumlarından qorunmağa imkan verən kibertəhlükəsizlik sistemi var, ölkələrin 12%-i isə belə strategiyanın işlənib hazırlanması prosesindədir. Hesabata əsasən, Azərbaycan dünya sıralamasında 48-ci yeri tutub. Rusiya 10-cu, Türkiyə 43-cü, İran - 59-cu, Ermənistan 111-ci sırada qərarlaşıb. Reytinqdə ilk pilləni Sinqapur tutub, ikinci yerdə isə ABŞ qərarlaşıb. İlk üçlüyü Malayziya qapayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun