ATƏT sədrinin nümayəndəsi təmas xəttində araşdırma aparır

ATƏT sədrinin nümayəndəsi təmas xəttində araşdırma aparır
5 İyul 2017
Mətni dəyiş

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik təmas xəttində araşdırma aparır.

Abzas.net xəbər verir ki,  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik dünən Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı təmas xəttinin hər iki tərəfində araşdırma aparır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında bildirib.

"Düşünürük ki, o, araşdırmalar nəticəsində ədalətli bəyanat verəcək”, - deyə H. Hacıyev qeyd edib.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun