ABŞ-ın baş prokuroru Cef Seşşins Rusiyanın ölkədəki keçmiş səfiri ilə münasibətləri və Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əməkdaşlığı ilə bağlı Ədliyyə Nazirliyinin apardığı istintaqdan özünü uzaqlaşdırdığına görə Konqres və Ağ Ev nümayəndələri tərəfindən artan təzyiqlərlə üzləşməkdədir.
Senatın Ədliyyə Komitəsinin demokrat üzvü baş prokurorun 2016-cı il prezident seçkiləri dövründə Rusiyanın Vaşinqtondakı keçmiş səfiri ilə söhbəti haqqında suallara cavab vermək üçün tezliklə komitənin heyəti qarşısına çıxmağa çağırıb.
Vaşinqton Post qəzetinin yaydığı məlumata görə, keçmiş səfir Sergey Kislyak Seşşinsin daha öncəki ifadələrinə əks olaraq bildirib ki, onlar keçən il seçki kampaniyası mövzusunda müzakirələr aparıblar.
Senatın Ədliyyə Komitəsi Rusiyanın keçənilki seçkilərə müdaxiləsini araşdıran Konqres heyətlərindən biridir.