6 İyul 2017
Mətni dəyiş
Almaniyada müstəqil jurnalist Martin Lejen terrorçu PKK qruplaşmasının tərəfdarları tərəfindən Bremen şəhərində məhkəmə binasının qarşısında hücuma məruz qalıb.
Anadolu agentliyinin məlumatına görə, o, Bremendə 15 yaşlı suriyalı qaçqın Odei Xalidin yeni il gecəsi bir qrup terrorçu PKK təəssübkeşi tərəfindən qətlə yetirilməsi ilə bağlı keçirilən məhkəmə prosesini izləmək üçün məhkəmə binasının qarşısına gedib.
“Məhkəmə heyəti şahid olaraq çağırılacağımı bildirdi. Ona görə də məhkəmə zalını tərk etdim. Binanın qarşısına gəldim. Orada bəziləri məni təhqir etdi. Məhkəmə binasının qarşısında 4-5 polis maşını var idi. 5-6 nəfər polis maşınlarının yanında mənə hücum etdi. Onlardan biri məni tutdu, qalanları isə zərbə endirdi. Sonra yerə yatırıb başımı təpiklədilər. Ölüm qorxusu yaşadım. Adi vətəndaşlar olmasa idi, onlar məni polis maşınının yanında, məhkəmə binasının qarşısında öldürəcəkdilər. Polislər isə onların qarşısını almaq üçün heç nə etmədi. Heç mənə hücum edənləri tutmadılar”, - jurnalist Facebook səhifəsində yazıb.
Martin Lejen hələ də xəstəxanada həkim nəzarətindədir.
Məlumata görə, Yeni il gecəsi bir qrup tərəfindən hücuma məruz qalan suriyalı qaçqın Odei Xalid bir həftə koma vəziyyətində qaldıqdan sonra xəstəxanada ölmüşdü. Həmin vaxt polis terrorçu PKK ilə əlaqədar olan 24 və 35 yaşlarında iki kişi tutulmuşdu. Martin Lejen isə həmin hadisənin şahidlərindən sayılır.