ABŞ vətəndaşlarına Şimali Koreyaya getmək qadağan olunacaq

ABŞ vətəndaşlarına Şimali Koreyaya getmək qadağan olunacaq
21 İyul 2017
Mətni dəyiş

"Young Pioneer Tours" turizm şirkəti ABŞ hökumətinin vətəndaşlarına Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfərlərin qadağan edilməsi barədə məlumat verib. 

Bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bizə verilən xəbərə görə, ABŞ hökuməti vətəndaşlarına Şimali Koreyaya səfər etməyə icazə verməyəcək. Gözlənilir ki, qadağa 30 gündən gec olmayaraq iyulun 27-dən sonra qüvvəyə minəcək. 30 gündən sonra Şimali Koreyaya gedən ABŞ vətəndaşının pasportu ləğv olunacaq", - məlumatda deyilir.

"Reuters" agentliyinin xəbərinə görə, KXDR-ə səfərlər təşkil edən "Koryo Tours" turizm şirkəti də ABŞ-ın yeni qadağası barədə məlumatlandırılıb.

Qadağanın müddəti barədə məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun