Kanal 13-ün təsisçisi Anar Orucov Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı Əziz Orucovun qeyri-insani rəftara məruz qaldığını iddia edir.
Abzas.net xəbər verir ki, bu barədə Anar Orucov öz "Facebook" səhifəsində məlumat yayıb.
Anar Orucov Əziz Orucovun havaya çıxmasına belə icazə verilmədiyini qeyd edib:
"Əzizin havaya çıxması qadağan edilib, evə telefon zəngi yarımçıq kəsilib, otağının nəfəsliyini açmaq tələb ediləndə belə qeyri-insani münasibət göstərilib".
Xatırlatma
Əziz Orucov 2 may tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.
Həbs müddətinin bitdiyi 1 iyun tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Əziz Orucov ittihamları qəbul etmir.