15 İyun 2017
Mətni dəyiş
ABŞ-ın paytaxt polisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı türk liderin toqquşmalarda iştirak edən mühafizəçilərinin 12-si ilə bağlı ittiham irəli sürmək niyyətindədir.
Bu barədə çərşənbə günü hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən AP agentliyi xəbər yayıb. Məlumata görə, müvafiq bəyanat şəhərin meri və polis şefinin iştirakı ilə keçirilən mətbuat konfransında verilib.
Asayiş keşikçiləri, xüsusilə Ərdoğanın mühafizə sisteminin yeddi əməkdaşına qarşı cinayət əməli, beşinə qarşı isə ağır qanun pozuntusu üzrə ittiham irəli sürəcəklər.
Lakin mühafizə xidmətinin əməkdaşları prezident ilə birgə Türkiyəyə qayıdıblar. Onlar bir daha ABŞ-a gedəcəkləri təqdirdə həbs oluna bilərlər.
May ayında baş verən qarşıdurma zamanı polislər Ərdoğanın iki mühafizəçisini saxlayıblar, lakin onlar sonradan buraxılıb.