29 İyun 2017
Mətni dəyiş
Ukrayanadan alınan xəbərlərdə deyilir ki, ölkə təhlükəsizlik xidməti SBU-nun polkovniki iyunun 28-də Donetsk regionunda törədilmiş partlayışda həlak olub, daha üç nəfər yaralıanıb.
SBU bildirib ki, polkovnik Yuri Voznının və daha üç nəfərin içərisində olduğu avtomobil Donetskin Ukrayna hökumətinin nəzarətində olan Kostyantinivka rayonundan keçərkən partlayıb.
Bu hadisədən bir gün əvvəl Ukrayna polkovniki Maksim Şapoval Kiyevdə avtomobil partlayışında həlak olmuşdu.
SBU bunu da bildirib ki, Voznı Ukraynanın şərqində münaqişənin başlanmasından bəri öldürülən 23-cü təhlükəsizlik zabitidir.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Ukraynanın şərqində gedən döyüşlərdə rus kapitan Aleksandr Şerbak da daxil iki separatçı öldürülüb.
Baş qərargah xəbər verir ki, eyni insident vaxtı bir Rusiya vətəndaşı da həbs olunub.
BBC-nin Rus xidməti həbs edilənin Viktor Ageyev olduğunu xəbər verib.
Rusiya öz hərbçilərinin Ukraynada döyüşdüklərini danmaqda davam edir.