15 İyun 2017
Mətni dəyiş
CHP başqanı Kemal Kılıçdaroğlu CNN Türk kanalında gündəmlə bağlı açıqlamalar verib. Millət vəkili Enis Berberoğlunun həbs edilməsinə sərt reaksiya verən müxalifət lider deyib ki, artıq səbr edəcək bir şey qalmayıb.
Abzas.net xəbər verir ki, Kılıçdaroğlu bu gün başlayacaq olan İstanbul yürüşü üçün isə "Mən yeriyəcəyəm. Bu ölkədə ədalət təmin edilməlidir. Bıçaq sümüyə dirənib" deyib.
Türkiyədə ana müxalifət partiyası CHP-nin millət vəkili Enis Berberoğlunun həbs olunmasından sonra partiya lideri Kemal Kılıçdaroğlu açıqlama verib. CHP millət vəkili üzvünün həbs olunmasından sonra partiya İdarə Heyətinin (MYK) iclası keçirilib.
İclasdan sonra partiya lideri Kılıçdaroğlu bildirib ki, sabah (bu gün) saat 11:00-də Güvenparkda olacaq:
"Əlimdə sadəcə bir plakat olacak. Üstündə də yalnız "Ədalət" yazılacaq… Sabah (bu gün) saat 11:00-də Güvenparkda olacağam və yürüş başladacağam".
Müxalifət lideri yürüşü Ankaradakı Güvenparkdan başlayıp, Enis Berberoğlunun həbsdə saxlanıldığı İstanbul Maltepe Həbsxanasında bitirəcəyini açıqlayıb.
Yürüşün təxminən 19 gün çəkəcəyi bildirilir. Ankara ilə İstanbulun məsafəsi 429 km-dir.
Daha əvvəl 2013-cü ildə seçki barajının ləğv olunması üçün İstanbuldan Ankaraya yürüş edən Aylin Kotil aksiyanın 18-ci günü Ankaranın mərkəzinə çatıb. Aylin Kotil İstanbuldan Ankaraya yeriyərək təxminən 440 kilometr yol geldiyini bildirib.