17 İyun 2017
Mətni dəyiş
“Avropa İttifaqının qapısında 54 ildir gözləyirik. Bu qədər gözlədilən başqa bir ölkə yoxdur”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bu müddətdə 14 fəsillik layihənin yalnız 1 fəslinə baxılıb: "Qalan fəsillər açılsa da, bu günədək nəzərdən keçirilməyib. Əslində belə davranış düzgün deyil. Bunu da Türkiyəyə qarşı tətbiq edirlər. "Fəsilləri açın" deyirik. Çatışmazlıqlarımızı deyin. Biz onları sürətlə aradan qaldıraq".
R.T.Ərdoğanın fikrincə, Avropa İttifaqı Türkiyəyə verdiyi sözə əməl etməyib: "Bunlardan biri Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfər edə bilmələri ilə bağlıdır. Yəni, Latın Amerikası ölkələrinə Şengen vizası verən Avropa Türkiyə kimi müzakirə prosesinin içində olan bir dövlətə bunu vermir. Belə davranışı anlamaqda çətinlik çəkirik”.
Türkiyə prezidenti İranla bir sıra məsələlərdə ortaq mövqe nümayiş etdiklərini söyləyərək, rəsmi Tehranın yürütdüyü farsçılıq siyasətinin məzhəbçilikdən daha üstün olduğunu, bunun isə qəbuledilməzliyini vurğulayıb.